BURADA REKLAMINIZ OLA
BİLƏR

Münasibətdə edilməməli davranışlar

Sağlam və uzunömürlü münasibət üçün bəzi davranışlardan uzaq durmaq vacibdir.


Pravda.az bildirir ki, ən çox rast gəlinən səhvlərdən biri partnyoru dəyişməyə çalışmaq və onun düşüncələrini nəzarət altına almaqdır.


Mütəxəssislərə görə, münasibətdə problemləri görməzdən gəlmək, sirr saxlamaq və yalan danışmaq etibarın sarsılmasına səbəb olur. Həmçinin, başqalarının fikirlərinə həddindən artıq əhəmiyyət vermək və şəxsi münasibətləri onlarla müzakirə etmək də zərərli hesab edilir.


Duyğusal məsafənin artmaması üçün cütlüklərə açıq ünsiyyət qurmaq, qarşılıqlı anlayış göstərmək və problemləri birgə həll etməyə çalışmaq tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 15 Oktyabr 2025, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin