BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı qanuna edilən dəyişikliyi təsdiqlədi

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

 

Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Tarix: 15 Oktyabr 2025, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin