Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə edilmişdir. “Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas (baza ali tibb) təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təklif edilir.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. Təcrübədə bəzi hallarda hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi mümkünsüz olur. Qeyd olunan halın qarşısını almaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin –“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.
7 Noyabr 01:11
7 Noyabr 01:09
7 Noyabr 01:05
6 Noyabr 23:51
6 Noyabr 23:33
6 Noyabr 22:23
6 Noyabr 22:20
6 Noyabr 22:16
6 Noyabr 22:12
6 Noyabr 22:10
6 Noyabr 20:59
6 Noyabr 20:22
6 Noyabr 20:18
6 Noyabr 20:17
6 Noyabr 20:16
6 Noyabr 19:58
6 Noyabr 18:54
6 Noyabr 18:52
6 Noyabr 18:50
6 Noyabr 18:44
6 Noyabr 18:39
6 Noyabr 18:30
6 Noyabr 18:19
6 Noyabr 18:12
6 Noyabr 17:13
6 Noyabr 16:18
6 Noyabr 16:15
6 Noyabr 16:12
6 Noyabr 16:11
6 Noyabr 15:59
6 Noyabr 15:39
6 Noyabr 15:31
6 Noyabr 15:29
6 Noyabr 15:28
6 Noyabr 15:18
6 Noyabr 15:15
6 Noyabr 15:11
6 Noyabr 14:29
6 Noyabr 14:10
6 Noyabr 14:05
6 Noyabr 14:00
6 Noyabr 13:56
6 Noyabr 13:50
6 Noyabr 13:29
6 Noyabr 13:29
6 Noyabr 13:25
6 Noyabr 13:24
6 Noyabr 13:22
6 Noyabr 13:17
6 Noyabr 13:09
6 Noyabr 13:08
6 Noyabr 13:02
6 Noyabr 12:38
6 Noyabr 12:21
6 Noyabr 12:18
6 Noyabr 12:16
6 Noyabr 12:11
6 Noyabr 12:07
6 Noyabr 12:04
6 Noyabr 12:02
6 Noyabr 12:01
6 Noyabr 11:59
6 Noyabr 11:55
6 Noyabr 11:53
6 Noyabr 11:51
6 Noyabr 11:49
6 Noyabr 11:40
6 Noyabr 11:36
6 Noyabr 11:35
6 Noyabr 11:33
6 Noyabr 11:30
6 Noyabr 11:28
6 Noyabr 10:54
6 Noyabr 10:45
6 Noyabr 10:43
6 Noyabr 10:32
6 Noyabr 10:18
6 Noyabr 09:50
6 Noyabr 09:47
6 Noyabr 09:25
6 Noyabr 08:22
6 Noyabr 08:20
6 Noyabr 08:18
6 Noyabr 08:15
6 Noyabr 08:14
6 Noyabr 08:14
6 Noyabr 08:11
6 Noyabr 08:10
6 Noyabr 08:07
6 Noyabr 08:05
6 Noyabr 07:57
6 Noyabr 07:55
6 Noyabr 00:14
6 Noyabr 00:01
5 Noyabr 23:56
5 Noyabr 23:52
5 Noyabr 23:50
5 Noyabr 23:43
5 Noyabr 23:41
5 Noyabr 23:38
5 Noyabr 21:50
5 Noyabr 21:47
5 Noyabr 21:35
5 Noyabr 21:13
5 Noyabr 21:11
5 Noyabr 19:12
5 Noyabr 19:03
5 Noyabr 19:01
5 Noyabr 18:59
5 Noyabr 18:45
5 Noyabr 18:37
5 Noyabr 18:31
5 Noyabr 18:14
5 Noyabr 17:35
5 Noyabr 16:56
5 Noyabr 16:47
5 Noyabr 16:46
5 Noyabr 16:45
5 Noyabr 16:42
5 Noyabr 16:40
5 Noyabr 16:38
5 Noyabr 16:38
5 Noyabr 16:36
5 Noyabr 16:35
5 Noyabr 16:27
5 Noyabr 16:14
5 Noyabr 16:12
5 Noyabr 16:04
5 Noyabr 15:55
5 Noyabr 15:50
5 Noyabr 15:46
5 Noyabr 15:36
5 Noyabr 15:32
5 Noyabr 15:22
5 Noyabr 15:20
5 Noyabr 15:20
5 Noyabr 15:03
5 Noyabr 14:36
5 Noyabr 14:34
5 Noyabr 14:21
5 Noyabr 14:05
5 Noyabr 14:00
5 Noyabr 13:39
5 Noyabr 13:38
5 Noyabr 13:28
5 Noyabr 13:26
5 Noyabr 13:14
5 Noyabr 12:52
5 Noyabr 12:45
5 Noyabr 12:28
Ən son xəbərləri səhifəmizdən də izləyin