BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Almaniya XİN dövlət katibi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib.

 

Pravda.az xəbər verir ki, o bu barədə özünün “X” hesabında məlumat verib.

 

“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub” Hikmət Hacıyev qeyd edib.

Tarix: 15 Oktyabr 2025, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin