BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaçmazda bələdiyyə üzvlüyünə namizəd MÜƏMMASI - VİDEO

Xaçmaz sakinlərinin bələdiyyə üzvlüyünə namizəd olmalarından xəbərləri yoxdur.

 

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Onlar bildirib ki, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülməyən şəxslərin adı namizədlərin siyahısında qeyd olunub. Lakin qeyd olunanların həmin məsələdən xəbəri yoxdur. Hətta, namizədliyi irəli sürülən şəxslərin namizədliyi qeydə alınıb.

 

Xəbər olmadan namizədliyi qeydə alınan Sayad İsmayılova adlı müəllimənin həyat yoldaşı bildirib ki, bələdiyyə seçkilərində iştirak üçün onlara müraciət olunsa da, razılaşmayıblar: “Bundan əvvəlki bələdiyyə seçkilərində həyat yoldaşım namizəd olmuşdu. Lakin bu dəfə namizəd olmaq istəmədi. İstəməməsinə səbəb o idi ki, bələdiyyə sədrlərinin xəbəri olmadan onların əvəzindən qol çəkilir, torpaq satılır, saxtakarlıqlar olur. Bundan qorxduğumuz üçün onun namizədliyinin irəli sürülməsinə etiraz etdik. Biz istəmədiyimiz halda, hətta, həyat yoldaşımın imzası olmadan namizədliyini veriblər. Heç bilinmir ki, onlar üçün kimdən imza toplanıb. İmza toplamadan namizədlik necə qeydə alınıb? Nə qədər şikayət etsək də, baxan yoxdur”.

 

Mərkəzi Seçki Komissiyasından (MSK) məsələyə münasibət bildirilməyib.

 

Tarix: 12 Dekabr 2019, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin