BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı kənarda qalıb, məni müzakirə edirlər”

“Ramiz Mehdiyev dövlət strukturunda fəaliyyət göstərib, həmin vaxt mən də işləmişəm. Halbuki həmişə iclaslarda müəyyən fikirlərin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm”.

 

Bunu Pravda.az-a 03.02.2025-ci il tarixli müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat şöbəsinin sabiq müdiri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

“Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb... Sadəcə, paralel işləmişik”, - S.Novruzov qeyd edib.

 

Qeyd: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə oktyabrın 14-də cibayət işi açıldıqdan sonra R.Mehdiyevin fəaliyyət dövrü yenidən müzakirə olunub, deputatlar, siyasətçilər onun əleyhinə çıxışlar ediblər. Sosial şəbəkələrdə Ramiz Mehdiyevə yaxın olduğu bildirilən şəxslərin adları çəkilir, tənqid edilirlər. Adı hallanan şəxslərdən biri də Siyavuş Novruzovdur. Amma o, müsahibəsində bunu təkzib etmişdi.

 

Nadir

Tarix: 16 Oktyabr 2025, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin