BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərə vəzifə verildi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

 

Pravda.az xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

 

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Tarix: 16 Oktyabr 2025, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin