BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürməkdə şübhəli bilinən şəxs: "Növbədə öz canımı verməkdir"

Bu gün Tovuzda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə Monteneqroda işləyirmiş.

 

O, dörd ay imiş həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.

 

Bundan sonra Səbuhi qayınatasının Tovuzun Əyyublu kəndində yerləşən evinə gedərək orada həyat yoldaşı Mətanətə hücum edib. Onun öz həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdiyi bildirilir.

 

Hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını deyib.

 

Hələlik ondan xəbər almaq, taleyi barədə məlumat öyrənmək mümkün olmayıb.

 

 

***

 

Bu gün Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhinin videosu yayılıb.

 

Səbuhi Hacızadə videoda hadisəni törətdiyini və öz canına da qəsd edəcəyini deyib.

 

O, əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb:

 

"İnşallah, ölmüsən, növbədə öz canımı verməkdir".

 

Qeyd edək ki, hadisədən sonra Səbuhidən xəbər almaq və yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Tarix: 16 Oktyabr 2025, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin