BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzada 3 nəfərin ölümünə, 8 nəfərin isə xəsarət almasına səbəb olan sürücüyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın etdiyi məlumata görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 28 dekabr 2024-cü il tarixdə, saat 08:38 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində qeydə alınıb.


Belə ki, X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı maşın toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.


X.Quluzadə məhkəmədə ifadəsində bildirib ki, hadisə günü Bakı şəhərindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə baldızının toy şənliyinə getmək üçün yola çıxıblar. 

 

Kamal Məmmədov 

Tarix: 17 Oktyabr 2025, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin