BURADA REKLAMINIZ OLA
BİLƏR

Mikroavtobusda qardaşının keçmiş arvadını döyən qadına hökm oxundu

Neftçala Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pakizə Səfərovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə qazancının 15 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla o, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


İttiham aktına əsasən, hadisə 27 aprel 2025-ci il tarixdə, saat 17:30 radələrində Neftçala–Bankə marşrutu ilə Bankə qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes-Benz 601” markalı mikroavtobusda qeydə alınıb.


Belə ki, Pakizə Səfərova mikroavtobus hərəkətdə olarkən, heç bir əsaslı səbəb olmadan orada səs-küy salaraq nalayiq ifadələr edib. Sonra o, nəqliyyat vasitəsində sərnişin olan, qardaşının keçmişin arvadı, zərərçəkmiş Mahirə Kərimzadənin (adı, soyadı şərtidir) saçından tutub, yumruqla sifət nahiyəsinə zərbə vuraraq ona xəsarətləri yetirib.


Daha sonra Pakizə Səfərova saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.


Kamal Məmmədov 

Tarix: 17 Oktyabr 2025, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin