BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayram tonqalının ətrafında məktəblini döyən sərxoş gənc məhkəmə zalından azadlığa buraxıldı

Xətai Rayon Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən 2004-cü il təvəllüdlü Yusif Bayramzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il 1 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və dərhal məhkəmə iclas zalından azad edilsin.


İttiham aktına əsasən, hadisə 20 mart 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “TikMat” yaşayış kompleksinin həyətində qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan Yusif Bayramzadə Novruz bayramı ilə əlaqədar qalanmış tonqalın ətrafında olduğu zaman orada olan yetkinlik yaşına çatmayan zərərçəkmiş Namiq Əsədovun (adı, soyadı şərtidir) üzünə gülməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə hərəkət edib. O, zərərçəkmiş şəxsin üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub. Nəticədə Namiqin burun sümüyü sınıb.


Hadisədən sonra Yusif Bayramzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi.


Qeyd: Hadisə zamanı Namiq Əsədov Xətai rayonu ərazisində yerləşən məktəblərin birində 9-cu sinifdə oxuyurdu.

 

Kamal Məmmədov 

Tarix: 17 Oktyabr 2025, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin