BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-dan işçilərin kütləvi ixtisar edilməsi ilə bağlı xəbərə reaksiya - YENİLƏNDİ

Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə SOCAR-ın Təhlükəsizlik İdarəsində ixtisarların başlaması ilə bağlı məlumatlar dərc edilib.

 

SOCAR-ın Təhlükəsizlik idarəsindən verilən açıqlamada bildirilib ki, hazırda söhbət işçilərin ixtisarından yox, hərbiləşdirilmiş mühafizə komandalarının komplektləşdirilməsindən gedir: “Bu normal bir prosesdir ki, idarənin strukturunda dəyişiklik baş verə bilir. Belə ki, bəzi postlar bağlanar, digər postlarla birləşdirilə bilər və ya ləğv olunan postlarda olan işçilər müsabiqə yolu ilə müxtəlif digər bölmələrə yerləşdirilə bilər. Bütün hallarda işçilərin qanunla müəyyən edilmiş hüquqlarının qorunması təmin edilir və hazırda kütləvi ixtisardan söhbət gedə bilməz”.

 

***

18:52

 

SOCAR ixtisarlara başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat yayıb.

 

“SOCAR Təhlükəsizlik idarəsi ixtisarlara başladı. İdarənin 15 saylı komandasının tərkibində olan 4 postun (Azneft, Neft Daşları NQÇİ) və 22 saylı komandasının tərkibində olan suatkalıq 2 postun (Azneft İB, 28 May adına NQÇİ) bağlanılması qərara alınıb, 32 nəfər ixtisar olunacaq. İşçilərə isə imtahan sualları (141 sual) paylayıblar. İyul ayının 27-də imtahandır. Bu isə ölkənin Əmək Məcəlləsinə ziddir. (1.2.bəndinə diqqət edin) Yadınızdadırsa ölkə başçısı pandameya dövründə ölkədə ixtisarların aparılmasına qadağa qoymuşdu” – M.Qəhrəmanlı qeyd edib.

 

 

Fotoları təqdim edirik
Tarix: 20 İyul 2020, 22:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin