BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkilin evi qarət olundu

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub. Bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

 

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:

 

"Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

 

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Tarix: 22 Oktyabr 2025, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin