BURADA REKLAMINIZ OLA
BİLƏR

Kənd təsərrüfatında mövsümi çalışanlara ŞAD XƏBƏR

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.


Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.


Qanuna əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılıb.

Tarix: 22 Oktyabr 2025, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin