BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü

Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində körpə atomobildə dünyaya gəlib.

 

Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb.

 

Ana X.A. həkim nəzarətinə götürülüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Tarix: 23 Oktyabr 2025, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin