BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələn il pensiyalar nə qədər artacaq?

2026-cı ildə orta pensiya məbləğinin artacağı gözlənilir.

 

Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

Belə ki, növbəti ildə orta pensiyanın 2025-ci ildə gözlənilən 537 manat məbləğindən təxminən 7.9% çox - 579.2 manat civarında olacağı ehtimal edilir.

 

2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin ümumi proqnozu 7 milyard 992.88 milyon manat səviyyəsində müəyyən edilib.

 

Bu rəqəm 2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisindən 10.85% və ya 782.35 milyon manat çoxdur./Oxu.az

Tarix: 23 Oktyabr 2025, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin