BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış vəkil saxlanıldı - YENİLƏNDİ

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

 

Onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

 

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

APA

 

***

13:59

 

Gəncədə tanınmış vəkil saxlanılıb.

 

Tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

 

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

 

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

 

APA

Tarix: 24 Oktyabr 2025, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin