BURADA REKLAMINIZ OLA
BİLƏR

“EuroHome”un sahibindən zərərçəkən sahibkarlarla bağlı VACİB AÇIQLAMA - VİDEO

“Bizim mövqeyimiz yanğından ziyan çəkmiş kirayəçilərin minimum zərər ilə bu problemdən çıxamalarıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yanğın hadisəsinin baş verdiyi “EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.

 

Azay Möhnətov, “Başqa sahələrimizdə icarədarları yerləşdirmək üçün dükanlarımız var. İcarədarları tezliklə yerləşdirəcəyik”,- deyib.

 

O, “Kompensasiya olacaq?” sualına, “Kompensasiyanı bilmirəm. Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

 

Azay Möhnətov bildirib ki, obyektin sığortalanmadığı barədə deyilənlər doğru deyil:

 

“Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin kopyalarını əldə etməyə çalışırıq. Axşam bütün kopyalar əlimizdə olacaq”.

 

Tarix: 13 Dekabr 2019, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin