BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotikin təsiri altında avtoxuliqanlıq edən qazi saxlanıldı

Qazi Qusarda narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılıb.

 

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

 

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

 

R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Tarix: 31 Oktyabr 2025, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin