BURADA REKLAMINIZ OLA
BİLƏR

İntihar edən futbolçu Mahir Emrelinin dayısı oğlu imiş

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

 

Hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

 

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur.

 

APA

Tarix: 1 Noyabr 2025, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin