BURADA REKLAMINIZ OLA
BİLƏR

Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI

Bakıda meyit donordan ürək köçürülən 21 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır. Bunu Oxu.Az-a açıqlamasında Rəşad Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.

 

O bildirib ki, oğlunda ürək problemi yaranandan sonra həkimə müraciət ediblər:

 

"Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.

 

Kamran Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-də gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı.

 

Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki, görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır".

Tarix: 1 Noyabr 2025, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin