BURADA REKLAMINIZ OLA
BİLƏR

Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırıldı

“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

 

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

 

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Qarabağ”–“Çelsi” oyunu baş tutacaq.

Tarix: 5 Noyabr 2025, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin