Bakı Ağır Cinayətlər Məhkəməsi Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevi 9 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qaynarinfo-nun məlumatına görə, məhkəmədə ifadə verən sabiq direktor Saleh Novruzi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən kabinetində aşkarlanan pulların böyük oğluna məxsus olduğunu bildirib:
"Respublika Sanitariya-Karantin Mərkəzinin direktoru olduğum müddətdə heç kəsdən pul almamışam. Xidməti otağımdakı seyfdə 5, 10, 20 və 50 manatlıq əskinaslardan ibarət, təxminən 2 min manat şəxsi vəsaitim olub. Onları seyfdə saxlamışam. Əl çantamdakı 100 manatlıq əskinaslardan ibarət 30 min manat isə böyük oğluma məxsus idi. Həmin vəsait Masazır qəsəbəsindən almaq istədiyi ev üçün nəzərdə tutulmuşdu. Günortadan sonra ödəniş etməyə gedəcəkdilər. Pulu hadisədən 1-2 gün əvvəl çantama qoyub saxlamışdım".
Saleh Novruzi ilkin istintaqa verdiyi ifadənin məhkəmədə söylədiklərindən fərqli olmasını səhhətindəki problem - yüksək təzyiqi ilə əlaqələndirib.
O, fəaliyyətlərinin mahiyyətindən danışarkən qeyd edib ki, Respublika Sanitariya-Karantin Mərkəzi respublikaya idxal olunan qeyri-ərzaq məhsullarına gigiyenik sertifikatların verilməsini təmin edib. Sertifikatlar yalnız laborator müayinələr nəticəsində məhsulların təhlükəsizliyi təsdiqləndikdən sonra təqdim olunub:
"Müraciət edən hüquqi və fiziki şəxslər məhsul nümunəsi və sənədlərlə birlikdə Mərkəzin qəbul otağına gəlirdilər. Sənədlər yoxlandıqdan sonra nümunələr laboratoriyaya göndərilirdi. Məhsul növünə görə Mərkəzin bank hesabına dövlət rüsumu – 25 manatdan 300 manata qədər – ödənilirdi. Bu məbləğlər heç vaxt nağd şəkildə, əlbəəl qəbul edilə bilməzdi. Ödəniş yalnız banka təqdim olunan sənəd əsasında həyata keçirilirdi. Sonra komissiya müraciətə baxırdı. Komissiyanın sədri mən olmuşam, digər altı nəfər isə şöbə müdirləri idi. Biz sertifikatların verilib-verilməməsinə dair qərar qəbul edirdik".
Qeyd edək ki, ötən ilin aprel ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəzin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
İlkin sübutlara əsasən, onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndiriliblər.
16 Dekabr 00:42
16 Dekabr 00:39
16 Dekabr 00:32
15 Dekabr 23:47
15 Dekabr 23:04
15 Dekabr 23:02
15 Dekabr 23:01
15 Dekabr 21:51
15 Dekabr 21:48
15 Dekabr 21:32
15 Dekabr 20:49
15 Dekabr 20:11
15 Dekabr 19:55
15 Dekabr 19:42
15 Dekabr 19:00
15 Dekabr 18:53
15 Dekabr 18:28
15 Dekabr 18:23
15 Dekabr 18:21
15 Dekabr 17:52
15 Dekabr 17:50
15 Dekabr 17:48
15 Dekabr 17:43
15 Dekabr 17:31
15 Dekabr 17:28
15 Dekabr 17:26
15 Dekabr 17:20
15 Dekabr 17:12
15 Dekabr 17:04
15 Dekabr 17:04
15 Dekabr 17:01
15 Dekabr 16:45
15 Dekabr 16:29
15 Dekabr 16:23
15 Dekabr 16:13
15 Dekabr 16:06
15 Dekabr 15:45
15 Dekabr 15:43
15 Dekabr 15:40
15 Dekabr 15:34
15 Dekabr 15:33
15 Dekabr 15:31
15 Dekabr 15:27
15 Dekabr 15:14
15 Dekabr 15:12
15 Dekabr 15:08
15 Dekabr 14:56
15 Dekabr 14:53
15 Dekabr 14:38
15 Dekabr 14:26
15 Dekabr 14:24
15 Dekabr 14:23
15 Dekabr 14:21
15 Dekabr 14:18
15 Dekabr 14:17
15 Dekabr 14:14
15 Dekabr 14:13
15 Dekabr 14:11
15 Dekabr 13:50
15 Dekabr 13:48
15 Dekabr 13:43
15 Dekabr 13:31
15 Dekabr 13:29
15 Dekabr 13:27
15 Dekabr 13:14
15 Dekabr 13:10
15 Dekabr 13:09
15 Dekabr 13:07
15 Dekabr 13:02
15 Dekabr 13:00
15 Dekabr 12:52
15 Dekabr 12:34
15 Dekabr 12:30
15 Dekabr 12:25
15 Dekabr 12:22
15 Dekabr 12:21
15 Dekabr 11:59
15 Dekabr 11:30
15 Dekabr 11:21
15 Dekabr 11:16
15 Dekabr 10:52
15 Dekabr 10:34
15 Dekabr 10:27
15 Dekabr 10:05
15 Dekabr 09:53
15 Dekabr 09:23
15 Dekabr 09:22
15 Dekabr 09:21
15 Dekabr 09:17
15 Dekabr 09:10
15 Dekabr 09:08
15 Dekabr 09:04
15 Dekabr 09:03
15 Dekabr 09:01
15 Dekabr 08:58
15 Dekabr 08:41
15 Dekabr 08:27
15 Dekabr 08:00
15 Dekabr 00:27
14 Dekabr 22:10
14 Dekabr 20:09
14 Dekabr 20:07
14 Dekabr 19:14
14 Dekabr 18:52
14 Dekabr 18:50
14 Dekabr 18:47
14 Dekabr 17:23
14 Dekabr 17:22
14 Dekabr 17:20
14 Dekabr 17:18
14 Dekabr 17:16
14 Dekabr 17:14
14 Dekabr 17:12
14 Dekabr 17:06
14 Dekabr 17:04
14 Dekabr 17:03
14 Dekabr 17:01
14 Dekabr 13:16
14 Dekabr 13:15
14 Dekabr 13:14
14 Dekabr 12:16
14 Dekabr 11:35
14 Dekabr 10:02
14 Dekabr 10:01
14 Dekabr 09:46
14 Dekabr 09:12
14 Dekabr 09:06
14 Dekabr 09:04
14 Dekabr 01:31
14 Dekabr 00:45
14 Dekabr 00:29
13 Dekabr 22:36
13 Dekabr 22:10
13 Dekabr 22:03
13 Dekabr 21:59
13 Dekabr 21:15
13 Dekabr 21:09
13 Dekabr 21:05
13 Dekabr 19:53
13 Dekabr 19:50
13 Dekabr 19:35
13 Dekabr 18:43
13 Dekabr 18:33
13 Dekabr 17:44
13 Dekabr 17:41
13 Dekabr 17:36
13 Dekabr 16:35
13 Dekabr 16:08
13 Dekabr 15:26
13 Dekabr 15:22
Ən son xəbərləri səhifəmizdən də izləyin