BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SİYAHI

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, aşağıdakı hərbi qulluqçulara ali hərbi rütbələr verilib:

 

“general-leytenant” ali hərbi rütbəsi

 

general-mayor Kənan Əlihüseyn oğlu Seyidova

 

general-mayor Ağamir Əzizxan oğlu Sultanova

 

“general-mayor” ali hərbi rütbəsi

 

polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə

 

polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə

 

polkovnik Anar Tofiq oğlu Hüseynova

 

polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

 

“kontr-admiral” ali hərbi rütbəsi

 

1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.

Tarix: 7 Noyabr 2025, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin