BURADA REKLAMINIZ OLA
BİLƏR

Bitki mənşəli zülalın şahı: Yaşıl mərcinin inanılmaz xüsusiyyətləri

Qida dəyərləri ilə zəngin olan yaşıl mərci sağlam qidalanma planlarının ayrılmaz hissəsinə çevrilib.

 

Pravda.az bildirir ki, bir stəkan yaşıl mərci gündəlik dəmir ehtiyacının təxminən 30 faizini qarşılayır.

 

Yaşıl mərci həmçinin yüksək miqdarda bitki mənşəli zülal və liflə zəngindir. Bu xüsusiyyətləri sayəsində uzun müddət toxluq hissi yaradır, arıqlamaq istəyənlər üçün ideal qida hesab olunur.

 

Dietoloqların sözlərinə görə, müntəzəm şəkildə yaşıl mərcimək istehlakı:

 

Qan şəkərinin tənzimlənməsinə kömək edir,

 

Pis xolesterolu azaldır,

 

Ürək-damar sağlamlığını qoruyur,

 

Dəmir çatışmazlığından yaranan yorğunluğun qarşısını alır.

 

Ən yaxşı nəticə üçün mərcini çox qaynatmadan, tərəvəzlərlə birlikdə bişirmək tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 7 Noyabr 2025, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin