BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəldi

Türkiyə milli müdafiə naziri Yaşar Güler 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edib.

 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazir Yaşar Güleri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Nazirə səfərdə Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı ordu generalı Metin Tokel müşayiət edirlər.

Tarix: 7 Noyabr 2025, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin