BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov da başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

 

Pravda.az MN-ə istinadən xəbər verir ki, başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

 

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin".

Tarix: 11 Noyabr 2025, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin