BURADA REKLAMINIZ OLA
BİLƏR

Terrorçuluğa çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən Həmzə Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Həmzə Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 

Kamal Məmmədov 

Tarix: 12 Noyabr 2025, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin