BURADA REKLAMINIZ OLA
BİLƏR

Qışda dəri quruluğuna son: Dermatoloqlardan 5 qızıl qayda

Soyuq hava, quru otaq havası və külək dərinin təbii qoruyucu baryerini zəiflədir. Dermatoloqlar xəbərdarlıq edir ki, qış aylarında səhv qulluq addımları dəridə qaşıntı, çatlama və qızartı yarada bilər.


Pravda.az qış mövsümü üçün 5 əsas tövsiyəni təqdim edir:


İsti yox, ilıq su ilə yuyunun. Çox isti su dərinin təbii yağlarını məhv edir.


Nəmləndiricidən gündə iki dəfə istifadə edin. Xüsusilə yuxudan əvvəl qalın teksturalı kremlər tətbiq edin.


SPF kremi qışda da vacibdir. Günəş şüaları buludlu havada da dərini zədələyə bilər.


4əDaxildən nəmlənmə. Bol su və E vitamini ilə zəngin qidalar (avokado, badam) qəbul edin.


Yumşaq təmizləyicilər seçin. Alkoqollu və sabun əsaslı məhsullar dərini qurudur.


Dermatoloqların fikrincə, qışda doğru qulluqla dəri təkcə sağlam deyil, parlaq görünüşünü də qoruyur.


Əminə Bayramova 

Tarix: 12 Noyabr 2025, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin