BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəisi Elçin Qasımova yeni vəzifə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elçin Qasımov bir müddət əvvəl "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri təyin olunub.

 

Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əmr izmalayıb.

 

O, daha əvvəl "AzerGold" QSC-də Hüquq şöbəsinin müdiri təyin edilibmiş.

 

Qeyd edək ki, Elçin Qasımov ötən ilin aprel ayında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsindən azad olunub.

Tarix: 12 Noyabr 2025, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin