BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış azərbaycanlı jurnalist Türkiyədə həlak oldu

Azərbaycanın tanınmış jurnalisti, "Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

 

Bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.

 

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

Tarix: 13 Noyabr 2025, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin