BURADA REKLAMINIZ OLA
BİLƏR

MEDİA Türkiyədə həlak olan azərbaycanlı jurnalistlə bağlı məlumat yaydı

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb.

 

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Tarix: 13 Noyabr 2025, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin