BURADA REKLAMINIZ OLA
BİLƏR

Zənurə Talıbovaya vəzifə verildi

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kommunikasiya departamentinə yeni rəhbər təyinatı olub.

 

Pravda.az xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının müvafiq əmri ilə bu vaxta qədər departamentdə PR meneceri kimi fəaliyyət göstərən Zənurə Talıbova Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.

 

Zənurə Talıbova təhsilə 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində başlayıb. Magistr təhsilini 2005-ci ildə Gürcüstanda Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbində alıb. Daha sonra 2009-2011-ci illərdə Azərbaycan İqtisadi Universitetində maliyyə və kredit ixtisası üzrə ikinci təhsil alıb. Uzun müddət televiziya sahəsində peşəkar fəaliyyət göstərdikdən sonra karyerasını 2016-cı ildən İİTKM-də davam edib.

 

Tarix: 13 Dekabr 2019, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin