BURADA REKLAMINIZ OLA
BİLƏR

Bulvarda skuter təhlükəsi: Niyə NƏZARƏT YOXDUR? – RƏSMİ CAVAB

Bakıda Dənizkənarı Bulvar ərazisində skuter xaosu davam edir.

 

Pravda.az xəbər verir ki, heç kəs hərəkət zolağının mərkəzinə yerləşdirilən iri qadağanedici lövhələrə məhəl qoymur, skuterlərin sürət həddini gözləmir.

 

Bu hal Bulvarda istirahət edən vətəndaşlar, xüsusən azyaşlılar üçün təhlükə yaradır. Vətəndaşlar vəziyyətə nəzarətin olmadığını deyirlər. Şikayətlər fonunda Bulvarda skuterlərin qadağan edilməsi təklif olunur.

 

Belə bir qərarın hazırda gündəmdə olub-olmadığı ilə bağlı, eləcə də vətəndaşların şikayəti barədə mövqe öyrənmək üçün Pravda.az Dənizkənarı Bulvar İdarəsinə sorğu ünvanlayıb.

 

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Dənizkənarı Milli Parkın həm də minlərlə mikromobillik həvəskarının üz tutduğu məkanlardan biri olduğunu nəzərə alaraq, burada mikromobillik vasitələrinin hərəkətinin sistemli şəkildə tənzimlənməsi məqsədilə 2024-cü ilin mart ayından etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mikromobillik zolaqlarının salınmasına başlanıb: "Bildiyiniz kimi, 2024-cü il iyunun 28-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, mikromobillik zolağı olduğu halda ondan kənarda hərəkət etmək, habelə piyadaların hərəkətinə maneə yaratmaq qadağan olunur. Təəssüf ki, bir sıra hallarda skuter həvəskarlarının zolaqlardan kənarlaşması, habelə təhlükəsizliyə riayət etməmələri, skuterləri sürətlə sürmələri kimi hallara rast gəlinir. Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu kimi hallarının qarşısının alınması məqsədilə İdarənin səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlər görülür. Milli Parkın müxtəlif hissələrində zolaqlardan istifadəyə dair çoxsaylı məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin İdarənin Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mütəmadi olaraq, zolaqdan kənarlaşan skuter istifadəçiləri zolaqlara yönləndirilir".

 

 Aytəkin Qardaşova

Tarix: 14 Noyabr 2025, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin