BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusdan sağalanlar keçəlləşir? - CAVAB

“COVID-19-dan sağalanların keçəlləşməsi barədə deyilənlər fərziyyədir. Koronavirus insanın xarici görünüşündə heç bir iz qoymur”.

 

“Zvezda” telekanalının verdiyi məlumata görə, bunu Rusiyanın ali kateqoriyalı terapevti Yelena Karyakina koronavirusun saç tökülməsinə təsiri ilə bağlı deyilənləri şərh edərkən bildirib.

 

Y.Karyakinanın sözlərinə görə, görünüşdəki dəyişikliklər yalnız o halda mümkündür ki, xəstələr infeksiyaya yoluxmazdan əvvəl digər xəstəliklərdən əziyyət çəkmiş olsunlar: “Koronavirusun fonunda xroniki xəstəliklər kəskinləşə və müəyyən dərəcədə xəstənin sağlamlığında pisləşməyə, o cümlədən, bəzi xarici dəyişikliklərə səbəb ola bilər”, - deyə həkim izah edib.

 

Bundan əvvəl mediada COVID-19-dan sağalanların şiddətli saç tökülməsindən əziyyət çəkdikləri barədə xəbər yayılmışdı.

 

“The Sun”ın məlumatına görə, sosial şəbəkələrdə və mütəxəssislərin qəbulunda insanlar sağalandan sonra yaranan keçəlləşmədən şikayət edirlər.

 

Həkimlərin fikrincə, bu hadisə koronavirus infeksiyasının əsas simptomlarından biri - temperaturun artması ilə əlaqələndirilə bilər.Oxu.az

Tarix: 23 İyul 2020, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin