BURADA REKLAMINIZ OLA
BİLƏR

Cabir İmanovun şəhərin mərkəzində mağazası varmış

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.

 

Bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.

 

O bildirib ki, Cabir İmanov mağazasında öz əl işlərini satırmış.

 

“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirim. Buradakı hər bir şey - “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır”, - deyə Bəhram Bağırzadə əlavə edib.

 

Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib.

 

Musavat.com

Tarix: 14 Noyabr 2025, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin