BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub.

 

Hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib.

 

Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

 

Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az

Tarix: 14 Noyabr 2025, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin