BURADA REKLAMINIZ OLA
BİLƏR

Veqanlar üçün ən güclü bitki mənşəli zülal mənbələri bunlardır

Veqanlar üçün kifayət qədər zülal almaq mümkündür — bitki mənşəli bir çox qida yüksək protein mənbəyidir.


Mütəxəssislərin fikrincə, gündəlik zülal ehtiyacı hər kəsin yaşına, cinsinə və bədən çəkisinə görə fərqlidir, amma orta göstəriciyə görə, bədən çəkisinin hər kiloqramı üçün 0,45-0,73 qram zülal kifayət edə bilər.


Pravda.az əsas bitki mənşəli protein mənbələrini təqdim edir:


Çərəzlər və toxumlar (məsələn, badam, qoz, chia, kətan) – 30 qramda 4-9 qram protein.


Soya məhsulları və buğda proteini kimi “bitki ətləri” – tofu, tempeh və seitan yüksək zülal verir.


Paxlalılar: lobya, noxud, mərci kimi paxlalılar, veganlar üçün əvəzolunmaz protein mənbəyidir.


Yüksək proteinli taxıllar: kinoa, amarant, yulaf və s.


Meyvə və tərəvəzlər: brokoli, ispanaq kimi bəzi tərəvəzlər də protein ehtiva edir.


Mütəxəssislər bildirir ki, düzgün planlaşdırılmış vegan pəhrizində kifayət qədər protein almaq mümkündür və uşaqlar, gənclər, yaşlılar üçün də təhlükəsiz hesab olunur.


Əminə Bayramova 

Tarix: 14 Noyabr 2025, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin