BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

2025-ci ilin doqquz ayı ərzində Azərbaycanda 77,7 min yeni iş yerləri açılıb.

 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

 

Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Tarix: 14 Noyabr 2025, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin