BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx Əbdül “Rasim Balayev kino ilə bağlı niyə danışmır?” dedi, R.Balayev yenə danışmadı: “Fikrim yoxdur...”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun gələn il kino sahəsinə vəsait ayrılmayacağı barədə açıqlaması geniş müzakirəyə səbəb olub. Dövlətə yaxın olan aktyorların məsələyə səssiz qalmaları tənqid edilib.

 

Pravda.az bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin də fikirlərini öyrənməyə çalışıb.

 

R.Balayev isə açıqlama verməkdən yayınıb:

 

“Hələ bu barədə tam fikrim yoxdur. Bu yaxınlarda məsələ ilə tanış olum, sonra müsahibə verəcəyəm”.

 

O, həmkarı Əbdül Mahmudovun (Şeyx Əbdül) “Başda Rasim Balayev niyə danışmır? Axı hamısı kinonun çörəyini yeyirlər, dövlətin yanında təmsil olunurlar” fikirlərinə isə belə reaksiya verib:

 

“Mən bu barədə heç nə demək istəmirəm...”

 

Aytəkin Qardaşova

Tarix: 14 Noyabr 2025, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin