BURADA REKLAMINIZ OLA
BİLƏR

Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb - FOTOLAR

Noyabrın 14-də doğma yurduna yola salınan köç karvanı Ağalı kəndinə çatıb.

 

Pravda.az xəbər verir ki, bu mərhələdə Ağalı kəndinə 110 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.

 

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Fotoları təqdim edirik
Tarix: 14 Noyabr 2025, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin