Bu il, 8 noyabrda Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqının və Ordusunun gücünün, qürurunun, tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Bu möhtəşəm tədbir Vətən müharibəsində əldə olunan böyük qələbənin beşinci ildönümünə həsr olunaraq dövlətçilik tariximizə daha bir şanlı səhifə kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi platformalarda öz haqq səsini dünyaya çatdırdı. Zəfər paradı bir daha göstərdi ki, Azərbaycan Ordusu yalnız regionda deyil, bütün İslam aləmində güclü və nüfuzlu hərbi qüvvələrdən biridir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, bu il keçirilən Zəfər paradı təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürurudur.

Deputat bildirib ki, üç qardaş türk-müsəlman dövlətinin hərbi qüvvələri birlikdə qələbənin beş illiyini hərbi paradda ən müasir texnika ilə nümayiş etdirdi: “Düşünürəm, paraddan üç dövlətin hərbçilərinin qürurla keçmələri, fəxrlə səsləndirdikləri şüarlar silah-sursatdan daha üstün idi. Bundan da üstünü isə bizim birliyimizdir. Vaxtilə düşmən torpaqlarımızı işğal etmək fikrinə düşüb, murdar niyyətini həyata keçirməyə başlayanda biz meydanda tək, hazırlıqsız, zəif və gücsüz idik. Gücləndik, sözümüzü dedik, qalib gəldik! Ulu öndərimizin bünövrəsini qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində hər cəhətdən gücləndik. Güclənməklə bərabər çox mühüm, dünya miqyasında əhəmiyyəti olan bir məsələyə imza atdıq, onu inkişaf etdirdik. Bu məsələ Türk Dövləri Təşkilatının yaradılması idi. Azərbaycan bir lider, təşəbbüskar rolunda bu işi apardı. Nəhayət, nail oldu. Əsas gücümüz birliyimizdədir. Zəfər paradında da bunu nümayiş etdirdik. Düzdür, Zəfər paradı Bakıda, eyni zamanda bölgələrimizdə də keçirildi. Körpə balalarımızın əsgərlərimizə sevincli baxışları artıq xalqımızın xoşbəxt gələcəyindən, ərazi bütövlüyümüzün, suverenliyimizin, qələbəmizin əbədiliyindən xəbər verir."
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Zəfər paradı Azərbaycanın qələbəsinin təntənəsidir:

“Azərbaycan məhz bu paradla bir daha Vətən müharibəsində bizi qələbəyə çatdıran şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlıq hissini nümayiş etdirdi. Qələbənin beş illiyinə həsr edilən parad möhtəşəmliyi ilə seçildi. Azərbaycan paradda müasir yeni texnikalar, silah-sursat avadanlığını sərgilədi. Bu, iki məqsəd daşıyırdı. Birincisi, Azərbaycanın bu paradı məhz xalqa, dostlarımıza nümayiş idi. Ölkəmizin inkişafını, ordumuzun gücünü göstərirdi. İkincisi, torpağımıza yad gözlə baxan düşmənlərə hansı güclə qarşılacaqları ilə bağlı əzələ nümayişi idi. Təbii ki, paradda Azərbaycan ordusunda aparılan yeni islahatların nəticəsini gördük. Bu nəticələr Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqlar, Türkiyə ordu modelinə keçməklə əlaqədar apardığı islahatlarla bağlıdır. Yeni islahatlar ordumuzun bütün sahələrini əhatə edib. Paradda da gördük ki, istər havada, istər dənizdə, istərsə də quruda bütün texnika, silah və avadanlıqlar yenilənib. Bütün bu yeniliklər müasir tələblərə cavab verən dördüncü nəsil silahlar, raketlər və raket yayım vasitələri, texnikalar, təyyarələr, artilleriya qurğuları, pilotsuz uçuş aparatları fonunda nümayiş etdirildi. Bir sözlə, Zəfər paradı Azərbaycan ordusunun inkişafını, gücünü göstərdi. "Güclü dövlətin güclü ordusu olur" prinsipi ilə yanaşsaq, Azərbaycan ordusunun gücü dövlətimizin gücü kimi qəbul edilməlidir. Yalnız iqtisadi potensialı, güclü imkanları olan dövlət güclü ordu qura bilər. Cənab Prezident İlham Əliyev Azərbaycanın güclü ordu yaratmaq zərurətini vurğulayaraq demişdi ki, bu gün ikili standartlar olan bir dövrdə beynəlxalq qanunlar işləmir, güc faktoru irəliyə çıxır, "Kim güclüdür, o doğrudur" prinsipi ilə yanaşırlar. Hər bir dövlətin, o cümlədən, təbii ki, Azərbaycanın suverenliyini və maraqlarını qorumaq üçün yalnız güclü olmaq lazımdır. Güc bizim zəmanətimizdir ki, maraqlarımız, suverenliyimiz, ərazi bütövlüyümüz etibarlı əllərdə qorunur. Azərbaycanın gücü, Silahlı Qüvvələrin inkişafı onu əlli güclü silahlı qüvvələr arasında özünəməxsus səviyyəyə qaldırıb. Cənab Prezident bunu da vurğulayıb ki, bizim bu gücümüz hansısa dövlətə qarşı yönəlməyib, Azərbaycanın hansısa dövlətə qarşı işğalçılıq niyyəti yoxdur. Belə olan halda, Azərbaycanın ordusu, gücü yalnız özünü qorumağa və regionda sabitliyi təmin etməyə istiqamətləndirilib. Azərbaycanın siyasəti qonşuluq və dostluq siyasətinə köklənib, bütün qonşulara da bu prinsiplə yanaşır. Vətən müharibəsində qazandığımız qələbə həm də bu gün ordumuzun kadr potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, taktiki yanaşmaların təkmilləşdirilməsinə öz töhfəsini verir. Azərbaycan həmçinin regionda artıq ən güclü orduya sahib dövlət kimi qəbul edilib. Azərbaycan ordusunun bu yolunun başlanğıcı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ordumuz formalaşdırıldı, düşmən hücumunun qarşısı alındı. Horadiz əməliyyatı nəticəsində düşmən atəşkəsə qol çəkməyə məcbur edildi. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirdi. Hələ Vətən müharibəsinə qədər ordumuz yeni nəsil müasir silahlarla təmin edilmişdi. Aprel döyüşlərində ordumuz birinci sınaqdan keçdi. Həmin döyüşlərdən sonra cənab Prezident orduya yüksək qiymət verərək demişdi ki, Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Nəhayət, 44 gün ərzində bu söz özünü doğrultdu. Vətən müharibəsindən sonra Prezident demişdi ki, Azərbaycan ordusu nə lazımdırsa, onu da alacaq. Əlbəttə, belə də oldu. Ordumuz nə lazımdırsa, onunla təmin edildi. Beş illik paradda bunun canlı şahidi olduq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

8 Dekabr 11:16
8 Dekabr 11:10
8 Dekabr 11:07
8 Dekabr 11:04
8 Dekabr 10:58
8 Dekabr 10:54
8 Dekabr 10:54
8 Dekabr 10:09
8 Dekabr 10:00
8 Dekabr 09:54
8 Dekabr 09:52
8 Dekabr 09:49
8 Dekabr 09:48
8 Dekabr 09:47
8 Dekabr 09:10
8 Dekabr 09:08
8 Dekabr 09:04
8 Dekabr 08:56
8 Dekabr 08:49
8 Dekabr 08:45
8 Dekabr 08:41
8 Dekabr 08:33
8 Dekabr 08:30
8 Dekabr 08:25
8 Dekabr 08:19
8 Dekabr 08:13
8 Dekabr 08:08
8 Dekabr 08:02
8 Dekabr 00:10
7 Dekabr 22:48
7 Dekabr 21:46
7 Dekabr 19:40
7 Dekabr 19:21
7 Dekabr 19:18
7 Dekabr 19:16
7 Dekabr 19:13
7 Dekabr 18:57
7 Dekabr 18:55
7 Dekabr 17:03
7 Dekabr 16:14
7 Dekabr 14:07
7 Dekabr 13:31
7 Dekabr 13:29
7 Dekabr 13:27
7 Dekabr 12:54
7 Dekabr 12:52
7 Dekabr 12:50
7 Dekabr 11:31
7 Dekabr 11:02
7 Dekabr 10:36
7 Dekabr 10:32
7 Dekabr 10:30
7 Dekabr 10:28
7 Dekabr 09:10
7 Dekabr 09:09
7 Dekabr 09:07
7 Dekabr 09:03
7 Dekabr 08:25
7 Dekabr 08:23
7 Dekabr 08:20
7 Dekabr 08:19
7 Dekabr 08:15
7 Dekabr 08:11
7 Dekabr 07:35
7 Dekabr 00:35
7 Dekabr 00:32
7 Dekabr 00:31
7 Dekabr 00:29
6 Dekabr 21:18
6 Dekabr 20:55
6 Dekabr 20:52
6 Dekabr 19:34
6 Dekabr 19:18
6 Dekabr 18:16
6 Dekabr 18:08
6 Dekabr 17:47
6 Dekabr 17:39
6 Dekabr 17:16
6 Dekabr 16:24
6 Dekabr 16:10
6 Dekabr 15:58
6 Dekabr 15:56
6 Dekabr 15:31
6 Dekabr 14:56
6 Dekabr 14:25
6 Dekabr 13:07
6 Dekabr 13:05
6 Dekabr 13:04
6 Dekabr 13:02
6 Dekabr 13:00
6 Dekabr 12:59
6 Dekabr 12:58
6 Dekabr 12:56
6 Dekabr 12:46
6 Dekabr 12:42
6 Dekabr 12:39
6 Dekabr 11:50
6 Dekabr 11:49
6 Dekabr 11:45
6 Dekabr 11:18
6 Dekabr 11:06
6 Dekabr 11:04
6 Dekabr 11:01
6 Dekabr 10:58
6 Dekabr 09:47
6 Dekabr 09:46
6 Dekabr 09:44
6 Dekabr 09:40
6 Dekabr 09:38
6 Dekabr 09:32
6 Dekabr 09:27
6 Dekabr 09:25
6 Dekabr 09:23
6 Dekabr 09:22
5 Dekabr 23:12
5 Dekabr 23:10
5 Dekabr 23:09
5 Dekabr 23:07
5 Dekabr 23:05
5 Dekabr 23:03
5 Dekabr 21:56
5 Dekabr 21:41
5 Dekabr 21:03
5 Dekabr 21:01
5 Dekabr 20:35
5 Dekabr 20:08
5 Dekabr 19:08
5 Dekabr 19:06
5 Dekabr 19:04
5 Dekabr 19:02
5 Dekabr 18:58
5 Dekabr 18:56
5 Dekabr 18:15
5 Dekabr 18:11
5 Dekabr 17:50
5 Dekabr 17:28
5 Dekabr 17:26
5 Dekabr 17:21
5 Dekabr 17:06
5 Dekabr 17:04
5 Dekabr 17:03
5 Dekabr 17:00
5 Dekabr 16:57
5 Dekabr 16:42
5 Dekabr 16:37
5 Dekabr 16:36
5 Dekabr 16:33
5 Dekabr 16:29
5 Dekabr 16:06
5 Dekabr 16:04
Ən son xəbərləri səhifəmizdən də izləyin