BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq

"Bəzi kənd məktəblərində bir sıra fənlər - xüsusilə musiqi, təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığı var".

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

 

“Əslində müəllimlərimiz var, sadəcə kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir. Ona görə həmin məktəblərə yaxşı müəllim göndərmək bir qədər çətindir”, - nazir bildirib.

 

Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: “Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”.

 

APA

Tarix: 17 Noyabr 2025, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin