Reklam

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Qarabağ" UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı "Napoli" (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

 

Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

 

Hazırda "Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər "iTicket.az" portalından onlayın bilet əldə edə bilərlər.

 

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

Tarix: 18 Noyabr 2025, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin