BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baku Electronics"ə haqsız rəqabət hallarının aradan qaldırılması tapşırıldı

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılmasını yekunlaşdırıb.

 

Bu barədə Agentlikdən bildirilib.

 

İşin predmetini şirkətin fəaliyyətində YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

 

İşə baxılmanın nəticəsi olaraq "Baku Electronics"ə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Tarix: 18 Noyabr 2025, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin