BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi

Sahibkar Qurbanov Vüsal Nəriman oğlu “AUXs” adlı kontrafakt kondisionerlərin satışı zamanı Azərbaycan Respublikası ərazisində qanunvericiliyə uyğun qorunan (qeydiyyata alınmış) “AUX” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozub.

 

Bu barədə Pravda.az Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

 

Sahibkar Qurbanov Vüsal Nəriman oğlu tərəfindən kontrafakt hesab edilən “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tarix: 18 Noyabr 2025, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin