BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonda da qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 3 kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayonun Dərvişli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsidir.

 

Aparılacaq təmir işlər səbəbindən saat 09:30-dan etibarən, işlər tamamlananadək Amankənd, Dərvişli və Aşağı Cürəli kəndləri üzrə ümumilikdə 1 600 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılacaq.

Tarix: 19 Noyabr 2025, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin