BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbələrdən universitetdə tətbiq edilən bəzi qaydalardan narazılıq: Dərslər həftəsonu keçirilir, bufet işləmir, telefonlar alınır - VİDEO

Qərbi Kaspi Universitetinin tələbələri təhsil ocağında tətbiq edilən bəzi qaydalardan narazıdırlar.

 

Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, tələbələr iddia edirlər ki, dərs başlayanda onların telefonları əllərindən alınır, bayram günlərində keçirilməyən dərslər həftəsonu keçirilir, bufet işləmir.

 

Unıversitetin tələbələri bildirirlər ki, təhsil ocağında tətbiq edilən bəzi qaydalar onların hüquqlarını pozur.

 

Onlar deyirlər ki, dərslər həftəsonuna salındığından istirahət etməyə imkanları olmur.

 

Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin Tədrisin təşkili və idarə olunması mərkəzinin müdiri Piri Axundov bildirib ki, tələbələrin iddiaları həqiqəti əks etdirmir.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Tarix: 20 Noyabr 2025, 00:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin