BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonlarda qaz olmayacaq

Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar 21.11.2025-ci il saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 21 Noyabr 2025, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin