BURADA REKLAMINIZ OLA
BİLƏR

Namiq Əsgərov vəfat etdi

Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının sabiq əməkdaşı Namiq Rza oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

 

Bildirilib ki, Namiq Əsgərov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində assistent, baş müəllim, dosent, Həmkarlar İttifaqı Komitəsinin sədri, kafedra müdiri, dekan vəzifələrində çalışıb, 1993/94-cü illərdə rektor səlahiyyətlərini icra edib. 2025-ci ilin sentyabr ayından səhhəti ilə əlaqədar olaraq AzTU-da əmək fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin professoru Mahal Şaban oğlu Qurbanov da dünən vəfat edib.

Tarix: 24 Noyabr 2025, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin